Beynəlxalq və respublika səviyyəsində uğur qazanan şagirdlər üçün yeni imkan yaradılıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisas üzrə ali məktəblərə müsabiqədənkənar qəbul olunacaqlar.
Respublika fənn olimpiadaları və yüksək səviyyəli beynəlxalq müsabiqələrin qalibləri isə müvafiq ixtisaslar üzrə bu hüquqdan yararlanacaqlar.
Qəbul qaydası və olimpiadaların siyahısı səlahiyyətli dövlət qurumu tərəfindən müəyyən ediləcək.
