Ümumi təhsil sahəsində hüquqi münasibətləri tənzimləyən normativ baza müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Qanunvericiliyin Konstitusiya, “Təhsil haqqında” və digər normativ hüquqi aktlar əsasında formalaşdığı qeyd edilir.
Sənəddə ümumi təhsil hüququnun təmin edilməsi və təhsil iştirakçılarının hüquq və vəzifələrinin müəyyənləşdirilməsi əsas məqsəd kimi göstərilir.
Eyni zamanda qanunun dini təhsil müəssisələrinə və diplomatik nümayəndəliklər yanında fəaliyyət göstərən məktəblərə şamil edilmədiyi vurğulanır.
