Ümumi təhsil alanların hüquqları qanunda ətraflı şəkildə müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Şagirdlərin təhlükəsiz və sağlam mühitdə keyfiyyətli təhsil almaq, təhsil müəssisəsini və tədris dilini seçmək hüququ təsdiqlənib.
Onlar dövlət və bələdiyyə məktəblərində dərsliklərlə pulsuz təmin olunacaq və biliyin yenidən qiymətləndirilməsini tələb edə biləcəklər.
Qanun şagirdlərin təhsil prosesində sərbəst fikir bildirmək hüququnu da qoruyur.
