Rusiya ordusu Qara dənizdə taxıl daşıyan mülki yük gəmisinə raket zərbəsi endirib.

Heftelik.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, Qvineya-Bisau bayrağı altında üzən, Türkiyə şirkətinə məxsus “Golden Leo” quru yük gəmisi döyüş zonasını tərk edərkən üç ədəd X-59/X-69 qanadlı raketlə vurulub.

Nəticədə 10 nəfər –  9 əcnəbi ekipaj üzvü, 1  ukraynalı bələdçi (lotsman) ölüb.

Daha 7 nəfər isə yaralanıb.