Milli komandanın hücumçusu Ramil Şeydayevin yeni klubu bəlli olub.
Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın “Soçi” komandasına transfer olunub.
Təcrübəli hücumçu yeni klubu ilə 2026/2027-ci illər mövsümünün sonunadək nəzərdə tutulan müqavilə bağlayıb. O, “Soçi”də 7 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, R. Şeydayev karyerası ərzində “Qarabağ”, “Zenit”, “Jilina”, “Neftçi”, “Kocaelispor”, “Buriram Yunayted” kimi bir çox klubların formasını geyinib.
