Dövlət ümumi təhsil müəssisələrinin maliyyələşdirilməsi müəyyən edilmiş maliyyə normativləri əsasında həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Normativlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiqlənəcək.
Qanun azkomplektli məktəblərin zəruri hallarda daha yüksək həcmdə maliyyələşdirilməsinə də imkan verir.
Bu mexanizm təhsil müəssisələrinin fəaliyyətinin davamlılığını təmin etməyə yönəlib.
