Qanun müəyyən kateqoriyadan olan şəxslərin notarius kimi fəaliyyət göstərməsinə icazə vermir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
İkili vətəndaşlığı olan, məhkum edilmiş, fəaliyyət qabiliyyəti məhdud olan və tibbi baxımdan yararsız şəxslər notarius ola bilməzlər.
Həmçinin 65 yaşına çatmış şəxslərin də bu peşə ilə məşğul olması mümkün deyil.
Bu məhdudiyyətlər notariat fəaliyyətinin etibarlılığını təmin etməyə xidmət edir.
