İxtisas komissiyasının qərarları səs çoxluğu ilə qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Səslər bərabər olduqda komissiya sədrinin səsi həlledici olacaq.
Qərarın surəti üç gün ərzində namizədə təqdim edilir.
Şəhadətnamənin verilməsindən imtina olunan şəxs bir ay ərzində məhkəməyə müraciət edə bilər.