Şəhərsalma və ekoloji baxımdan sökülməsi planlaşdırılan dövlət obyektlərinin altındakı torpaqlar satıla bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Belə obyektlərin siyahısını səlahiyyətli dövlət orqanı müəyyən edir.
Torpaq bazarında bağlanan bütün əqdlər qanunvericiliyə uyğun rəsmiləşdirilməlidir.
Bu, hüquqi təhlükəsizliyin təmin edilməsinə xidmət edir.
