Torpaq bazarında iştirak edə biləcək subyektlərin dairəsi qanunla təsbit olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Azərbaycan Respublikası, bələdiyyələr, hüquqi şəxslər və vətəndaşlar bazarın əsas iştirakçıları sayılır.
Qanunvericilikdə nəzərdə tutulmuş hallarda əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər də müəyyən əqdlər bağlaya bilərlər.
Lakin onlar torpaq sahələrini mülkiyyətə əldə edə bilmirlər.
