Qanun məktəb yaşlı uşaqların təhsilə cəlb olunmasını dövlətin vəzifəsi kimi müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət bütün məktəb yaşlı uşaqların icbari ümumi orta təhsilə cəlbini təmin edəcək.
İcbari ümumi orta təhsilin həyata keçirilməsinə də nəzarət olunacaq.
Bununla yanaşı, ümumi təhsil haqqında dövlət sənədlərinin forması və verilmə qaydası təsdiqlənəcək.