Qanun fənn kurikulumlarının əsas elementlərini də müəyyənləşdirib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Fənn kurikulumunda təlim nəticələri, strategiyalar və qiymətləndirmə meyarları əks olunur.
Sənəddə fəndaxili və fənlərarası inteqrasiya prinsiplərinə də yer verilir.
Metodik tövsiyələr də kurikulumun tərkib hissəsi hesab edilir.
