Ümumi təhsil müəssisələrinin rəqəmsal sistemlərə inteqrasiyası məcburi olacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Məktəblər Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmalıdır.
Onlar həmçinin “Şagird-məzun” dövlət elektron məlumat sisteminə inteqrasiya ediləcəklər.
Bu addım təhsil məlumatlarının vahid bazada idarə olunmasını təmin edəcək.

