İranın Vaşinqtonla razılaşma əldə etmək niyyətindədir.

Heftelik.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

“İran razılaşma əldə etmək istəyir. Belə bir razılaşmanın qiyməti isə anlaşma əldə olunana qədər hər gecə artacaq”, – deyə ABŞ dövlət katibi qeyd edib.

Rubionun sözlərinə görə, Vaşinqton və Tehran arasında son iki ildə davam edən danışıqlarda əsas müzakirə mövzuları İranın uranın zənginləşdirilməsi proqramı və sanksiyaların mümkün yumşaldılmasıdır.

Qeyd edək ki, Rubionun açıqlaması ABŞ və İran arasında nüvə proqramı ilə bağlı diplomatik təmasların davam etdiyi bir vaxtda səsləndirilib.