Qanun müəyyən kateqoriyadan olan müəllimlər üçün əlavə sosial təminatlar nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Sağlamlıq imkanları məhdud uşaqlarla işləyən müəllimlər maaş əlavəsi alacaqlar.
İnklüziv təhsil müəssisələrində çalışan pedaqoji işçilər də bu güzəştdən yararlanacaqlar.
Valideyn himayəsindən məhrum olmuş uşaqlarla çalışan müəllimlər də əlavə təminat əldə edəcəklər.
İstedadlı uşaqlar üçün fəaliyyət göstərən məktəblərin əməkdaşları da bu kateqoriyaya daxildir.
Yüksək dağlıq, sərhədyanı və ucqar yaşayış məntəqələrində çalışan müəllimlərə də maaş əlavəsi veriləcək.
Bu mexanizm həmin ərazilərdə pedaqoji kadr təminatını gücləndirməyə xidmət edir.
