Ümumi təhsil sahəsində çalışan təhsilverənlərin hüquqları ayrıca müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Müəllimlər təhlükəsiz əmək şəraiti ilə təmin olunmaq və təhsil prosesinin idarə edilməsində iştirak etmək hüququna malikdirlər.
Onlar tədris metodlarını sərbəst seçə, tədris-metodik vəsaitlərlə təmin oluna və peşəkar təkliflər irəli sürə biləcəklər.
Bu müddəalar müəllimlərin fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib.