Qanun ümumi təhsil müəssisələrində tədrisin əsas dilini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Əsas tədris dili Azərbaycan dili hesab olunur.
Müəyyən hallarda beynəlxalq proqramlar və razılaşmalar əsasında digər dillərdə də tədris təşkil edilə bilər.
Digər dillərdə təhsil alan şagirdlər üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyasının tədrisi məcburidir.