Ümumi təhsildə qiymətləndirmə sistemi bir neçə istiqaməti əhatə edəcək.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Şagirdlərin nailiyyətlərinin izlənilməsi üçün məktəbdaxili attestasiya keçiriləcək.

Bundan əlavə, ölkə səviyyəli və beynəlxalq qiymətləndirmə proqramlarında iştirak mümkün olacaq.

Bu qiymətləndirmələr təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək.