Qanunun hansı yaşıllıqlara şamil olunduğu da dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Sənəd ölkə ərazisindəki yaşıllıqlara tətbiq edilir.
Lakin meşə fondu, xüsusi mühafizə olunan təbiət əraziləri və kənd təsərrüfatı əkinləri bu qanunun tətbiq dairəsinə daxil edilmir.
Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar da istisna təşkil edir.
Beləliklə, qanunun əhatə dairəsi dəqiq müəyyənləşdirilib.
