Qanunda yaşıllıqların mühafizəsi üzrə əsas tədbirlər sadalanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Yaşıllıqların uçotu, kadastrı və monitorinqi davamlı şəkildə aparılacaq.
Torpağın münbitliyinin artırılması və eroziyadan qorunması təmin ediləcək.
Ağac və kolların budanması, aqrotexniki qulluq və mühafizə işləri görüləcək.
Qanun pozuntularının qarşısının alınması və nəticələrinin aradan qaldırılması da bu tədbirlərə daxildir.