Qanun dövlətin təhsil standartları ilə bağlı səlahiyyətlərini də müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət ümumi təhsilin və xüsusi təhsilin standartlarını təsdiq edəcək.
Şagirdlərin məktəbə qəbulu, sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydaları da dövlət tərəfindən müəyyənləşdiriləcək.
Bu sahədə vahid yanaşmanın tətbiqi nəzərdə tutulur.
