Ümumi təhsil sahəsində bərabərlik prinsipi qanunla qorunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Heç bir vətəndaş cinsi, irqi, dili, dini və ya sosial vəziyyətinə görə təhsil hüququndan məhrum edilə bilməz.
Qəbul, qiymətləndirmə və təhsilin davam etdirilməsi zamanı bərabər imkanlar təmin olunacaq.
Dövlət istedadlı uşaq və gənclərin inkişafını da dəstəkləyəcək.