Bələdiyyə torpaqlarının alqı-satqısı ərazinin inkişaf planları və şəhərsalma sənədləri əsasında təşkil olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Alqı-satqı yerli özünüidarəetmə orqanları tərəfindən qanunvericiliyə uyğun həyata keçirilir.
Ehtiyat fonduna aid torpaqlarla bağlı əqdlər aşkarlıq prinsipi əsasında bağlanılır.
Bu zaman yerli normativlər də nəzərə alınır.
