Ümumi təhsil müəssisələrində beynəlxalq təhsil proqramlarının tətbiqi mümkün olacaq.

Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.

Təlim-tərbiyə prosesi dövlət standartlarına uyğun və ya beynəlxalq akkreditasiya olunmuş proqramlar əsasında təşkil ediləcək.

Bu qayda bütün ümumi təhsil müəssisələrinə şamil olunacaq.

Məqsəd təhsilin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.