Ümumi təhsil müəssisələrinin idarə olunmasında müəllimlərin iştirak imkanları genişləndirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Pedaqoji işçilər məktəbin idarə edilməsində iştirak etmək və müxtəlif təkliflər irəli sürmək hüququ əldə edirlər.
Onlar həmçinin təhsil müəssisəsində vəzifə tutmaq, seçkili orqanlara seçmək və seçilmək imkanına malik olacaqlar.
Bu mexanizm idarəetmədə kollektiv iştirakçılığı gücləndirəcək.