Ümumi təhsilin dövlət standartlarının tətbiqi qaydası qanunla müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Standartlar ümumi təhsilin məzmununu, idarə olunmasını, maddi-texniki bazasını və təhsilalanların bilik səviyyəsini əhatə edir.
Bütün ümumi təhsil müəssisələri mülkiyyət formasından asılı olmayaraq bu standartlara uyğun fəaliyyət göstərməlidir.
Akkreditasiya və attestasiya proseslərində də məhz həmin standartlar əsas götürüləcək.
