Xarici təsisçilərin yaratdığı ümumi təhsil müəssisələri üçün əlavə şərtlər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Belə məktəblərin müəllim heyətində Azərbaycan vətəndaşları say üstünlüyünə malik olmalıdır.
Rəhbərin müavini mütləq Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.
Rəhbər və müavin vəzifələrinə namizədlər aidiyyəti dövlət qurumu ilə razılaşdırılacaq.

