Qanunda xüsusi və inteqrasiya təlimli təhsil müəssisələrinin anlayışları da yer alıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud şəxslər üçün fəaliyyət göstərir.
İnteqrasiya təlimli məktəblərdə sağlam və sağlamlıq imkanları məhdud şagirdlər birlikdə təhsil alırlar.
Bu müəssisələrdə bunun üçün xüsusi təhsil şəraiti yaradılır.
