Ümumi təhsil müəssisələrinin fəaliyyətinə dair vahid tələblər müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət məktəblərin infrastrukturu və maddi-texniki bazası üzrə vahid normaları təsdiq edəcək.
Sanitariya-gigiyena və təhlükəsizlik tələbləri də vahid qaydada müəyyən olunacaq.
Şagird yerləri ilə təminat normativləri də bu çərçivədə təsdiqlənəcək.
