Fərdi yaşayış evi üçün birbaşa satılan bələdiyyə torpaqları üzrə müqavilə bağlanılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bələdiyyələr satışa çıxarılan torpaqlar barədə əvvəlcədən elan verməlidirlər.
Elanlarda torpaq sahəsinin ölçüsü, təyinatı, qiyməti və yerləşdiyi ərazi göstərilir.
Həmçinin ildə bir dəfə torpaqların dövriyyəsi və istifadəsi haqqında məlumat dərc olunur.