Torpaq hərracı və müsabiqəsi təşkilatçılarının əldə edə biləcəyi mükafatın həddi müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bu məbləğ torpaq sahəsinin satış qiymətinin 5 faizindən artıq ola bilməz.
Torpaq sahələrinin ilkin satış qiyməti normativ qiymətdən aşağı müəyyən edilə bilməz.
Satış qiyməti mövcud bazar məzənnəsi nəzərə alınmaqla formalaşdırılır.
