Qanun dövlət nəzarətini həyata keçirən orqanın hüquqlarını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Səlahiyyətli orqan qanunun tələblərinə əməl olunmasını yoxlaya biləcək.
Pozuntuların aradan qaldırılmasını tələb etmək və inzibati tədbirlər görmək hüququna malik olacaq.
Həmçinin vurulmuş ziyanın həcmini müəyyən etmək səlahiyyəti də ona verilir.
Bu orqanın qərarları məcburidir və onlardan inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.