Qanun zədələnmiş və məhv edilmiş yaşıllıqların necə bərpa ediləcəyini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Yaşıllıqlar mümkün olduqda əvvəlki yerdə bərpa edilməlidir.
Bərpa zamanı eyni və ya yerli şəraitə daha yaxşı uyğunlaşan bitki növlərindən istifadə olunacaq.
Əgər əvvəlki yerdə bərpa mümkün olmazsa, başqa uyğun ərazi ayrılacaq.
Bu işlər müəyyən olunmuş qaydalar əsasında həyata keçiriləcək.