Şəhər və yaşayış məntəqələrində yaşıllıqların növləri qanunla təsnif olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Ümumi istifadədə olan yaşıllıqlara parklar, meşə-parklar, bağlar, bağçalar və bulvarlar daxildir.
Məhdud istifadəli yaşıllıqlar təhsil, tibb, sənaye və digər obyektlərin ərazilərində yerləşən yaşıllıqlardır.
Xüsusi təyinatlı yaşıllıqlara isə mühafizə zolaqları, küçə yaşıllıqları, tingliklər və sanitariya-mühafizə zonalarındakı yaşıllıqlar aid edilir.
Bu bölgü yaşıllıqların təyinatına və istifadə rejiminə uyğun idarə olunmasını nəzərdə tutur.