Qanun fiziki və hüquqi şəxslərin yaşıllıqların mühafizəsi sahəsində hüquqlarını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Vətəndaşlar qanunvericiliyin tələblərinə uyğun olaraq yaşıllıqlardan istifadə edə biləcəklər.
Onlar yaşıllıq ərazilərində görülən işlər, uçot, kadastr və monitorinq barədə məlumat almaq hüququna malikdirlər.
Şəhərsalma layihələrinin hazırlanması və yaşıllıqlarla bağlı müzakirələrdə iştirak etmək də bu hüquqlara daxildir.
Hüquqların pozulması hallarında inzibati qaydada və ya məhkəməyə müraciət etmək mümkün olacaq.