Qanun yaşıllıqların bərpası üçün konkret müddət müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bərpa işləri yaşıllığı götürən şəxslər və ya onların vəsaiti hesabına həyata keçirilə bilər.
Bu prosesdə dövlət qurumları, bələdiyyələr və qeyri-hökumət təşkilatları da iştirak edə bilərlər.
Yaşıllıqların bərpası bir il ərzində tamamlanmalıdır.
Bərpa və genişləndirmə zamanı yerli iqlimə uyğun, həmişəyaşıl və uzunömürlü bitki növlərinə üstünlük veriləcək.