Qanun yaşıllıqların mühafizəsində ictimai nəzarətin təşkili qaydasını da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
İctimai nəzarət fiziki şəxslər və vətəndaş cəmiyyəti təsisatlarının təşəbbüsü ilə həyata keçiriləcək.
Nəzarətə başlamaq istəyən şəxslər beş iş günü əvvəl müvafiq icra hakimiyyəti orqanına yazılı müraciət etməlidirlər.
Onlar yaşıllıqların vəziyyəti və görülən tədbirlər barədə rəsmi məlumat almaq hüququna malik olacaqlar.
Bundan əlavə, bioloji müxtəlifliyin qorunması ilə bağlı təkliflər də irəli sürə biləcəklər.