Qanun yaşıllıqların mühafizəsi tədbirlərinin maliyyə mənbələrini də müəyyən edib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yaşıllıqların mühafizəsi haqqında” qanunda əksini tapıb.
Bu tədbirlər dövlət və yerli büdcələrin vəsaiti hesabına maliyyələşdirilə bilər.
Həmçinin ətraf mühit fondları, tikinti layihələri, könüllü ianələr və qrantlar da maliyyə mənbələri sırasındadır.
Beynəlxalq təşkilatların və donorların ayırmaları da bu məqsədlə istifadə oluna bilər.
Qanunvericiliyə zidd olmayan digər mənbələrdən də maliyyələşdirməyə icazə verilir.