Qanunda inklüziv təhsil və təhsildə innovasiyalarla bağlı anlayışlar da müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
İnklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların sağlam şagirdlərlə birlikdə təhsil almasını nəzərdə tutur.
Qanun həmçinin innovasiya və inteqrasiya prinsiplərinin ümumi təhsildə tətbiqini də tənzimləyir.
Bu yanaşma təhsilin keyfiyyətinin və səmərəliliyinin artırılmasına yönəlib.