Qanunda ümumi təhsil sahəsində qanunvericiliyin əsas məqsədləri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Qanunvericilik Konstitusiya, “Təhsil haqqında” qanun və digər normativ hüquqi aktlara əsaslanır.
Onun əsas məqsədi vətəndaşların təhsil hüququnun təmin edilməsi və təhsil münasibətlərinin tənzimlənməsidir.
Eyni zamanda qanunun dini təhsil müəssisələrinə və xarici diplomatik nümayəndəliklərin təhsil müəssisələrinə şamil olunmadığı da qeyd edilir.