Qanun ümumi təhsil müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti mexanizmlərini müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Özəl ümumi təhsil müəssisələrinin fəaliyyətinə lisenziya verilməsi və ya ləğvi dövlət tərəfindən həyata keçiriləcək.
Ümumi təhsil müəssisələrinin akkreditasiyası və müəllimlərin sertifikatlaşdırılması qaydaları da dövlət tərəfindən müəyyən ediləcək.
Bu mexanizmlər ümumi təhsildə keyfiyyətin yüksəldilməsinə xidmət edəcək.