Qanunda ümumi təhsilin mahiyyəti və əsas məqsədləri açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Ümumi təhsil fasiləsiz təhsil sisteminin mühüm pilləsi kimi xarakterizə olunur.
Onun əsas məqsədi vətənpərvər, müstəqil düşünən, yüksək mədəniyyətə və intellektə malik şəxsiyyət yetişdirməkdir.
Bununla yanaşı, şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirərək onları ictimai həyata və əmək fəaliyyətinə hazırlamaq da əsas hədəflərdən biridir.