Qanun ümumi təhsil sistemində bütün iştirakçıların hüquq və vəzifələrini balanslaşdırır.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda əksini tapıb.
Sənəd müəllimlərin, şagirdlərin və valideynlərin hüquqlarını ayrıca müəyyən edir.
Onların vəzifələri də dəqiq şəkildə təsbit olunur.
Sosial müdafiə mexanizmləri daha da genişləndirilir.
Müəllimlərin peşəkar inkişafı və stimullaşdırılması üçün hüquqi baza möhkəmləndirilir.
Şagirdlərin keyfiyyətli təhsil alma hüququna əlavə təminatlar yaradılır.
Beləliklə, qanun ümumi təhsil sisteminin daha səmərəli və müasir əsaslarla fəaliyyətini təmin etməyə yönəlib.
