Ümumi təhsil sahəsində çalışan müəllimlərin hüquq və vəzifələrinin hüquqi əsasları müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Bu münasibətlər Konstitusiya, qanunlar, beynəlxalq müqavilələr və məktəbin nizamnaməsi əsasında tənzimlənəcək.
Eyni zamanda müəllimlə işəgötürən arasında bağlanılan əmək müqaviləsinin şərtləri də əsas hüquqi sənədlərdən biri olacaq.
Bu yanaşma təhsilverənlərin hüquqi təminatını daha da gücləndirir.