Qanunda texnoloji nəqliyyat vasitəsi və taxoqraf anlayışlarına hüquqi tərif verilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Texnoloji nəqliyyat vasitələri küçə-yol şəbəkəsində istismar üçün nəzərdə tutulmur.
Taxoqraf sürət, məsafə, eləcə də sürücünün iş və istirahət dövrlərini qeydə alan cihazdır.
Bu normalar nəqliyyatın təhlükəsiz və nəzarətli istismarına yönəlib.