Ümumi təhsil fəaliyyəti üçün lisenziya tələbləri müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət məktəbləri istisna olmaqla, ümumi təhsil müəssisələri fəaliyyətlərini lisenziya əsasında həyata keçirəcəklər.
Lisenziyalar müddətsiz veriləcək, lakin dövlət standartları yerinə yetirilmədikdə dayandırıla və ya ləğv oluna biləcək.
Xarici lisenziyaların tanınması isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənəcək.
