Torpaq bazarında qiymətlərin formalaşması və hüquqların rəsmiləşdirilməsi qaydaları dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Torpaq qiymətləri bazar məzənnəsi, normativ qiymət və tələb-təklif əsasında müəyyən edilir.
Torpaq bazarında yaranan hüquqlar müqavilələr, dövlət qeydiyyatı və məhkəmə qərarları ilə təsdiqlənir.
Dövlət qeydiyyatından keçməyən torpaq hüquqları hüquqi müdafiə ilə təmin olunmur.
