Torpaq bazarında qiymətlər bir sıra iqtisadi və hüquqi amillər əsasında müəyyən edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Qiymətə əqdin növü, torpağın təyinatı, hüquqi statusu, normativ qiyməti, eləcə də tələb və təklif təsir göstərir.
Xüsusi mülkiyyətdə olan torpaqların qiyməti tərəflərin razılığı ilə bazar məzənnəsinə uyğun müəyyənləşdirilir.
Bələdiyyə torpaqlarının qiymətləndirilməsi isə qanunvericiliyin tələbləri və bazar göstəriciləri əsasında aparılır.