Vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bu qayda torpaq üzərində istifadə və icarə hüquqlarının satışına da şamil edilir.
Müqavilələr mülki və torpaq qanunvericiliyinin tələblərinə uyğun bağlanmalıdır.
Beləliklə, torpaq bazarında bağlanan əqdlərin hüquqi etibarlılığı təmin olunur.