Torpaq bazarının təşkili istiqamətində dövlətin əsas vəzifələri müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Torpaq bazarı haqqında” qanunda əksini tapıb.
Bu vəzifələrə aqrar siyasətin həyata keçirilməsi daxildir.
Həmçinin torpaq hərracları və müsabiqələrinin təşkili ilə bağlı normativ sənədlər hazırlanıb təsdiq edilir.
Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqları üzrə əqdlər üçün nümunəvi müqavilələrin hazırlanması da dövlətin vəzifələri sırasındadır.